XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 İyul 2017 - 20:51

ABŞ-ın Azərbaycandakı səfiri:“Bu sübut edir ki, Daglığ Qarabağ üzrə sülh danışıqları irəliləməlidir”

“Azərbaycanın mülki vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində həlak olması bir daha onu sübut edir ki, Daglığ Qarabağ münaqişəsi üzrə sülh danışıqları irəliləməlidir”.

Trend-in məlumatına görə, bunu jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir qeyd edib ki, münaqişənin hərbi yolla həlli yoxdur.

R.Sekuta vurğulayıb ki, ABŞ tərəflərə münaqişənin sülh yolu ilə həll edilməsində köməklik etməyə hazırdır. Diplomat həmçinin bildirib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə sadiqdir.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.