XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 18:07

Deputat:"Alxanlı kəndində törədilən təxribat ermənilərin terrorist olmasının bariz nümunəsidir"

Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk qrupuna daxil olan dövlətlər erməni vəhşiliyinin qarşısını almaq üçün Ermənistana ciddi təzyiqlər göstərməlidirlər.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.

Millət vəkili bildirib ki, iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində ermənilərin dinc azərbaycanlıları – 2 yaşlı uşağı və nənəsini qətlə yetirməsi vəhşilikdir.

O qeyd edib ki, ermənilərin bu hərəkətləri onların terrorist olmasının bariz nümunəsidir:

"Beynəlxalq təşkilatlar və aparıcı dövlətlər artıq Ermənistana ciddi təzyiqlər etməlidirlər. İlk növbədə mən bunu ATƏT-in Minsk qrupundan, həmin quruma üzv dövlətlərdən gözləyirəm. Beynəlxalq aləm daha kəskin mövqe ortaya qoymalıdır. Aparıcı dövlətlər, beynəlxalq qurumlar beynəlxalq hüquq prinsiplərinə biganə yanaşmağa davam etdikcə, ermənilərin bu vəhşilikləri də davam edəcək. Qafqazda sülhü bərqərar etmək üçün bu istiqamətdə zəruri addımlar atılmalıdır. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər Ermənistanı işğalçı siyasətindən əl çəkməyə məcbur etmək üçün qəti addımlar atmalıdırlar".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.