XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

08 İyul 2017 - 20:03

Avropa Parlamentinin deputatı Ermənistanın Azərbaycanın dinc sakinlərinəhücumundan danışdı

Ermənistanın Azərbaycanın dinc sakinlərinə hücumu BMT-nin və Avropa Parlamentinin çoxsaylı qətnamələrinin tələblərinə tamamilə ziddir. Bunu Trend-ə Avropa Parlamentinin Rumıniyadan olan deputatı, Avropa Xalq Partiyasının nümayəndəsi xanım Ramona Manesku deyib.

O deyib: "Mən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinə Ermənistan silahlı qüvvələri tərəfindən minaatanlardan və qumbaraatanlardan hücumu qətiyyətlə pisləyirəm. Bu hücum, işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılmasına və ərazilərin Azərbaycanın nəzarəti altına qaytarılmasına çağıran BMT-nin və Avropa Parlamentinin çoxsaylı qətnamələrinin tələblərinə tamamilə ziddir".

Manesku qeyd edib ki, daha çox narahatlıq doğuran fakt odur ki, hadisə baş verən ərazi Dağlıq Qarabağın işğal altında olan hissəsi yox, Azərbaycanın digər ərazisidir: "İstənilən beynəlxalq və ya milli qanunvericiliyə görə yolverilməzdir ki, bir ölkənin dinc vətəndaşları öz doğma torpağında başqa ölkənin silahlı qüvvələri tərəfindən qətlə yetirilsin".

Avropa Parlamentinin deputatı əlavə edib ki, diplomatik həllinin axtarışına neçə illər göstərilən səylərdən sonra bu uzunmüddətli münaqişə, daha çox problem və itkilərə səbəb olaraq artıq bütün Qafqaz regionu üçün ən böyük qeyri-sabitlik amilidir: "Münaqişənin yeni və toxunulmamış ərazilərə keçməsi – yolverilməzdir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.