XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 İyul 2017 - 14:05

Bahar Muradova:"İsveçli deputatın müəllifi olduğu qətnamə səsvermədən keçməyərək rədd edildi"

ATƏT Parlament Assambleyasının Minskdə keçirilən iclasında isveçli deputat Kristian Holm-Barenfeldin müəllifi olduğu Şərqi Avropada vəziyyətə dair qətnamə səsvermədən keçməyərək rədd edildi.

Bunu Trend-ə Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, ümumilikdə qətnamə layihəsinin adı Şərqi Avropadakı vəziyyətə dair olsa da, mahiyyəti ona uyğun olmayıb: "Biz bu qətnamə müzakirəyə təqdim olunan vaxtdan qətnamə layihəsinin müəllifi ilə aparılan iş zamanı onun diqqətinə çatdırmağa çalışırdıq ki,layihənin adı Şərqi Avropadakı vəziyyətə aid olsa da, mahiyyəti ona uyğun deyil. Yəni layihə bütövlükdə Şərqi Avropanı əhatə etmir. Layihədə 3 ölkə – Rusiya, Azərbaycan, Belarus haqqında məlumat gedir. Nəzərə alaq ki, Azərbaycanın adı qətnamə layihəsinin yalnız əvvəlində, sonunda çəkilirdi və Azərbaycan ümumiyyətlə, bu zonaya aid ölkə deyil. Əgər Şərqi Avropadan söhbət gedirsə, onda bütövlükdə Şərqi Avropaya daxil olan ölkələrdəki vəziyyəti əks olunmalı idi. İlk olaraq, bu məsələ həm müzakirə zamanı, həm də üzbəüz söhbətlərdə onun diqqətinə çatdırıldı və bildirilirdi ki, bu, doğru deyil".

B.Muradova deyib ki, nümayəndə heyətlərinin əksəriyyətinin üzvləri də qətnamənin birtərəfli olduğunu, qeyri-peşəkar hazırlandığını, obyektiv olmadığını, adı ilə mahiyyətinin uyğun gəlmədiyini müəllifin diqqətinə çatdırıblar: "Lakin o, fikrindən geri dönmədi, heç bir təşəbbüsü dəstəkləmədi. İnsan Hüquqları Komitəsində bu məsələ müzakirə olunarkən qətnamə ilə bağlı həmin tənqidi fikirlər səslənmişdi."

B.Muradova bildirib ki, qətnamə 3 dəfə səsə qoyulub və onun obyektiv olmayan, şübhəli bir şəkildə qəbul olunduğu elan edilib.

Vitse-spiker əlavə edib ki, prosedura görə, plenar sessiyada bütün sənədlər ümumi Minsk bəyannaməsi adı altında səsverməyə qoyulur. Prosedura görə, bəyannamənin hansısa bir hissəsinin yenidən səsə qoyulmasını tələb etmək mümkündür.

Belə bir tələbin irəli sürüldüyünü deyən B.Muradova qeyd edib ki, qətnamə layihəsi bütövlükdə, yəni "Şərqi Avropada vəziyyətə dair qətnamə" tam olaraq, səsə qoyuldu və 43 lehinə və əleyhinə, 18 bitərəf olmaqla, qətnamə səsvermədən keçmədi: " Prosedura görə, o, üçdə iki səs toplamalı idi. Səs toplamadığı üçün bütövlükdə qətnamə rədd edildi. Yəni Mink bəyannaməsinin mətnində artıq Şərqi Avropada vəziyyətə dair bir sənəd yoxdur".

Xatırladaq ki, Şərqi Avropada vəziyyətə dair qətnamə layihəsində Rusiya, Belarus və Azərbaycanda demokratik inkişafın pisləşməsi, insan hüquqlarının davam edən və çoxalan pozuntuların olması, siyasi müxalifətin, vətəndaş cəmiyyətinin, jurnalistlərin və digər azadlıq müdafiəçilərinin ağır vəziyyətində olduğu bildirilirdi.