XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 10:10

İranda 2 yaşlı Zəhranın öldürülməsi ilə əlaqədar kampaniya keçirilir:72 saata 20 min 161 imza toplanıb -FOTO

İranda Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribat nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyeva və mülki şəxslərə qarşı törədilmiş cinayətləri pisləmək məqsədi ilə kampaniya davam edir.

Strateq.az İRİB-ə istinadən bildirir ki, 72 saat davam edən “Pray for Zəhra” kampaniyasına 20 min 161 nəfər dəstək verib.

Hər kəsin yanlız 1 imza vermək haqqının olduğu bu kampaniya “Telegram” proqramında həyata kemirilib.

 Kampaniyaya qoşulanlar ermənilərin cinayətini pisləyib.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.