XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

10 İyul 2017 - 15:50

Rusiya və Ermənistan sərhədçiləri Dağlıq Qarabağda birgə təlimdə –Moskva “qırmızı xətti” niyə keçir?

Rusiya və Ermənistan İranla sərhəddə təlimlər keçiriib.

 Modern.az Ermənistan KİV-nə isitnadən xəbər verir ki, təlimlərdə İran-Ermənistan sərhəddini keçən şərti sərhəd pozucularının Rusiyanın Mehridəki sərhəd dəstəsinin köməyi ilə yaxalanma ssenariləri işlənib. Təlimlərin bir hissəsinin Dağlıq Qarabağ ərazisindək keçirildiyi açıqlanıb.

 “İran-Ermənistan sərhəddini keçən 2 şərqi sərhəd pozucusu Ermənistanla “Dağlıq Qarabağ Respublikası”nın inzibati sərhəddini aşaraq dağlıq ərazidə gizlənməyə cəhd edib. Pozuculardan biri dağlıq ərazidə, digəri isə dron vasitəsilə yaxalanıb" – deyə rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, Rusiya 1992-ci il 30 sentyabr razılaşmasına uyğun olaraq Ermənistan-İran və Ermənistan –Türkiyə sərhədlərini qoruyur.