XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 İyul 2017 - 16:12

Tanınmış YAP-çı video paylaşıb, tikanlı atmacalar atdı –Video

Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzvlərindən olan Sadiq Qurbanov Facebook-da maraqlı bir tarixi video paylaşıb.

“AzPolitika”nın məlumatına görə, paylaşılan videokadrlardan görünür ki, 1992-ci ilin prezident seçkiləri ərəfəsində Heydər Əliyevin tərəfdarları parlamentin qarşısında yaş senzinə qarşı mitinq keçirirlər. Bir neçə yüz adamın iştirak etdiyi aksiyada hazırki Bakı meri Hacıbala Abutalıbov və Sirus Təbrizli odlu-alovlu çıxışlar edirlər.

S.Qurbanov videoya əlavə etdiyi düşündürücü qeydində yazır:
“Əziz dostlarım! 25 il əvvəl Heydər Əliyev fenomenini qəbul edən, mövqeyi ortada olan, qorxmaz insanları bir daha görun və xatırlayın (həm sayını, həm də kimliklərini). Bu gün çoxları özünün dövlətcilik fəaliyyəti, Heydər Əliyevi necə sevdiyi və onun hakimiyyətə gəlməsi ücün nələri etdiyi, nələri qurban verdiyi haqda tez -tez danışır. Bu da fakt… Buyurun, özünüzü tapın! Tribunadakı cins geyinib, başında idman papağı olan gənc oğlan mənəm, bəs siz hardasınız?”

S.Qurbanovun paylaşdığı videonu təqdim edirik:

Strateq.az