XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

11 İyul 2017 - 16:54

“ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək” –Bahar Muradova

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin sentyabrda bölgəyə səfəri gözlənilir.

Bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

B.Muradova qeyd edib ki, qarşıdakı müddətdə bu səfərin reallaşması üçün uyğun tarix seçiləcək.

Onun sözlərinə görə, xüsusi nümayəndə bölgəyə səfəri zamanı regionun hər üç ölkəsinə səfər edəcək.

Vitse-spiker bildirib ki, ATƏT PA-nın Minskdə keçirilən iclası zamanı K.Vigenin bölgənin hər üç ölkəsinin – Azərbaycan, Ermənistan və Gürcüstanın nümayəndə heyətləri ilə ayrı-ayrılıqda görüşüb: “İnsidentlə, eləcə də onun sentyabrda bölgəyə gözlənilən səfəri, bu səfərin proqramı, proqrama daxil ediləcək məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Sonra üç ölkənin nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. İşçi qaydasında keçirilən görüşdə hər bir tərəf bu səfərlə bağlı öz mövqeyini bildirib”.

B.Muradova deyib ki, görüşdə bütün tərəflər bu səfərin vacib olduğunu və belə səfərlərin daha tez-tez keçirilməsinin əhəmiyyətini diqqətə çatdırıb/Trend.