XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 İyul 2017 - 11:33

Səfir:"Türkiyə Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir"

Türkiyə Fəthullah Gülən hərəkatı ilə mübarizədə Azərbaycanın dəstəyini yüksək qiymətləndirir.

Trend-in məlumatına görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral ötən il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə dövlət çevrilişi cəhdinin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Diplomat qeyd edib: "Təəssüf ki, Türkiyə Gülən hərəkatı ilə mübarizədə beynəlxalq təşkilatlardan zəruri dəstəyi almır. Azərbaycan isə ilk gündən bu məsələdə bizi dəstəklədi və dəstəkləməyə davam edir".