XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2015 - 08:32

“Buna təəssüf edirəm…” – Deputat Naqif Həmzəyev

Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucusu Məhəmməd Əmin Rəsulzadə barədə səsləndirdiyi fikirlər ətrafında yaranan ictimai narazılıqla bağlı yeni açıqlama verib.

Naqif Həmzəyev bir daha mətbuatın ona qərəz nümayiş etdirdiyini vurğulayıb. O, Məhəmməd Əmin Rəsulzadə barəsində təhqiramiz fikirlər səsləndirmədiyini və heç bir mətbu orqana açıqlama vermədiyini qeyd edib.

Deputat bildirib ki, onun adından yazılan fikirlərə görə “Yeni Müsavat” qəzetini məhkəməyə verə bilərmiş, amma bunu istəməyib: “Deputatlıq fəaliyyətimə məhkəmə iddiası qaldırmaqla başlamaq istəmədiyimdən, jurnalistin üstünə getmədim. Mənim leksikonumda təhqiramiz fikirlər yoxdur. Qeyri-rəsmi şəraitdə edilən bir söhbəti qərəzli şəkildə yazıblar, buna təəssüf edirəm. Səsləndirmədiyim fikirləri mənim adımdan veriblər”. 

Modern.az