XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 14:05

Həbsdə olan “NİDA”çının atasına cinayət işi açıldı –Səbəb

Hazırda həbsdə olan “NİDA” Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimlinin atası Həsən İbrahimov barəsində cinayət işi başladılıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, H.İbrahimov bu gün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə çağırılaraq dindirilib, sonra isə sərbəst buraxılıb.

Məlum olub ki, ona qarşı Cinayət Məcəlləsinin 289.2-ci (hakimə hörmətsizlik) maddəsi ilə cinayət işi açılıb. Buna səbəb isə oğluna 10 illik cəzanı qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüqar Məmmədova etiraz etməsi və hakim Ənvər Seyidovun başına gələnlərin onun da başına gəlməsini arzulaması olub.

İttihama görə, Q.İbrahimlinin üzərindən 2,607 qram heroin, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin aşkar edilərək götürülüb.

Xatırladaq kİ, Q.İbrahimli ittihamı qəbul etmədiyini və özünü təqsirsiz saydığını deyib. 2016-cı il oktyabr ayında Bakı Ağır Cinayətlət Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqan məhrum edilib.