XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 07:14

Prezidentin Səudiyyə səfəri Azərbaycan üçün yeni perspektivin işartısı kimi qəbul edilir


“Ərəb ölkələrinin əksəriyyəti İslam faktoruna görə Azərbaycanla əməkdaşlıqda maraqlıdır”

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə gediblər. ölkə başçısının həmin ölkədə rəsmi qarşılanma mərasimi olub.
Prezidenti İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud qarşılayıb.
Daha sonra Səudiyyə Ərəbistanının Kralı tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.
Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudla görüşü də olub.
Kral Prezident İlham Əliyevi ölkəsində salamlayıb və bu səfərin uğurla keçəcəyinə əminliyini bildirib.
Söhbət zamanı Azərbaycanla Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib.
İslam ölkələri arasında qarşılıqlı anlaşmanın və faydalı əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb. ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində fəal əməkdaşlıq etdiyi, bir-birinə qarşılıqlı dəstək verdiyi qeyd olunub. Görüşdə iqtisadi, xüsusilə neft-qaz, turizm, kənd təsərrüfatı sahələrində, eləcə də biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri, qarşılıqlı sərmayə qoyuluşu ilə bağlı məsələlər müzakirə edilib.
Səudiyyə Ərəbistanının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə tərəfdar olduğu vurğulanıb.
Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfər etməsi barədə ekspertlər nə düşünür?
Politoloq Qabil Hüseynli açıqlamasında bildirdi ki, bu, Azərbaycanın dünya siyasətində yeni məkana inteqrasiya etməsi anlamına gəlir: “Eyni zamanda, Azərbaycanın Yaxın Şərqə maraq göstərməsini səciyyələndirir. Səudiyyə Ərəbistanı ilə yaxın əməkdaşlığın Azərbaycan üçün böyük faydası ola bilər. Həmin ölkə neftlə zəngin, dayanıqlı iqtisadiyyata malikdir. Dünyanın maliyyə institutlarına təsir etmək gücü var. Ərəb ölkələrinin əksəriyyəti İslam faktoruna görə Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Bu yaxınlarda şahidi olduq ki, hansısa ərəb şeyxinin gəlib Azərbaycanda ov etməsi bir çox milyarder ərəbləri bura cəlb etdi. Dünya islam bankçılığı sahəsində Səudiyyə Ərəbistanının böyük təcrübəsi var. Gedən maliyyə böhranına baxmayaraq, həmin bank faizsiz kredit verməkdə davam edir. Bir sözlə, rəsmi səfərə müsbət yanaşıram. Hesab edirəm ki, qarşılıqlı faydanın olacağı bir rəsmi səfərdi”.