XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 07:23

Putin Qroznıya “şöhrətli şəhər” fəxri adı VERDİ

Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Böyük Vətən Müharibəsində göstərdiyi kütləvi qəhrəmanlığa görə çeçenistanın paytaxtı Qroznı şəhərinə “hərbi şöhrətli şəhər” fəxri adı verilib.

“Strateq” Rusiya prezidentinin dəftərxanasına istinadən bildirir ki, Qroznı müharibə zamanı vətənin azadlığı və müstəqilliyi uğrunda göstərilən qəhrəmanlıq, sadiqlik və kütləvi şücaətə görə təltif olunub.

Bu fəxri ad 2006-cı ildə təsis olunub.

Fərmana görə, bundan sonra Qrozanıda bayram günlərində kütləvi tədbirlər və atəşfəşanlıq keçirləcək.

1941-45-ci illərdə Böyük Vətən Müharibəsi zamanı Şimali Qafqaz faşistlərə qarşı müdafiənin ən əhəmiyyətli məntəqələrindən olub.

X. SƏFƏROĞLUqrozni.jpg