XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

15 İyul 2017 - 12:09

Politoloq:“Prezidentliyə namizədlər arasında Rusiyaya meyilli  partiya liderləri var”

 

Gürcüstan regionda Rusiyanın maraqlarına zidd hərəkət etdikcə, ona qarşı təzyiqlər də artacaq.

Bu sözləri politoloq İlqar Vəlizadə Gürcüstan-Rusiya münasibətlərini Axar.az-a şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın Tiflisə təzyiqləri daha çox regiondakı proseslərdən asılıdır:

“Tezliklə Gürcüstanda prezident seçkiləri baş tutacaq. Namizədlərin arasında Rusiyaya meyilli, onunla münasibətləri yaxşılaşdırmaq istəyən partiya liderləri var. Rusiya onlara dəstək üçün Tiflisə təzyiqlərə başlayır. Bu proseslərin nə qədər davam edəcəyi və hansı nəticələrə gətirib çıxaracağı məlum deyil. Əslində, burada proseslərin nə vaxtsa bitəcəyini düşünməyə də ehtiyac yoxdur. Çünki bu, uzunmüddətli prosesdir. Gürcüstan bu regionda Rusiyanın maraqlarına zidd hərəkət etdiyi müddət ərzində Kremldən ona qarşı təzyiqlər də durmadan artacaq”.

Politoloq vurğulayıb ki, Gürcüstan tədricən NATO-ya inteqrasiya etməyə cəhd edir:

“Əlbəttə, bu proseslər Rusiyanı nə tam, nə də qismən razı sala bilər. Məhz bu səbəbdən biz Rusiyanın Gürcüstana birbaşa hərbi-siyasi təzyiqlərini müşahidə edirik. Qərb çalışacaq ki, Rusiyanın təzyiqlərinin qarşısını alsın, çünki hazırda yeni problemlərin yaranmasında maraqlı deyil. Qərb Qafqazda Rusiya ilə daha yumşaq formada münasibət qurmağa çalışır”.