XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 İyul 2017 - 15:34

İŞİD-in öldürülmüş rəhbəri Bağdadinin yerinə yeni şəxs təyin olundu:35 yaşlı Salem Ayun Fransa vətəndaşıdır - FOTO

İŞİD terror təşkilatının yeni liderinin kimliyi açıqlanıb.

Ərəb KİV-lərinin yaydığı məlumata görə, Əl-Bağdadinin öldürülməsindən sonra təşkilata Cəlaləddin Əl-Tunisi rəhbər seçilib. Əl-Tunisi indiyədək İŞİD-in Liviyadakı qoluna rəhbərlik edib.
Qeyd edilib ki, onun əsl adı Məhəmməd Bin Salem əl-Ayundir. 1982-cü il təvəllüdlü Əl-Tunisi 90-cı illərdə Fransaya mühacirətə gedib.Fransa vətəndaşlığı alan terrorçu 2011-ci ildə Tunisdə yaşanan “ərəb baharı” vaxtı bu ölkəyə köçüb, daha sonra Suriyaya gedərək İŞİD sıralarına qoşulub.

Qeyd edək ki, İŞİD-in sabiq lideri Abu-Bakr-əl-Bağdadi may ayının sonunda Rakkanın cənubuna rus aviasiyasının endirdiyi zərbələr nəticəsində öldürülüb.(Azvision.az)