XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

16 İyul 2017 - 18:34

Tramp oğluna görə prezident postundan istefa verə bilər –ABŞ prezidentinin sabiq xüsusi müşavirindən bədbin təhlil  

ABŞ prezidenti Donald Tramp böyük bir ehtimalla oğluna, ya da kürəkəninə görə istefa verməli olacaq.

Bu barədə "The İndependent" qəzeti      Kolumbiya Universitetinin professor Filip Bobbitə istinadən yazıb.

Bobbitt hesab edir ki, prezidentin istefasına onun ailə üzvlərindən bəzilərinin mühakimə edilməsinin səbəb olacağı ən inandırıcı variantlardan biridir. Donald Trampın oğlunun açıqladığı emaillərdən aydın olub ki, Kremlə bağlı vəkilin görüşündə onunla birlikdə prezidentin kürəkəni Jared Kuşner və seçki kampaniyasının başçısı Paul Manafort da iştirak ediblər. Həmin e-maillərdən birindən məlum olurdu ki, oğul Tramp vəkillə görüşməyə razılığı ondan Hillari Klinton barədə gözdən salan məlumat almaq üçün verib: "Trampın siyasi məqsədlərinin nə olmasından asılı olmayaraq, bəlli olan budur ki, son seçkidə sülalə yaratmaq niyyəti iki siyasi sülaləni məhv edib," – deyə professor “Evening Standard” qəzetinə bildirib. Onun sözlərinə görə hazırda istefa nə qədər uzaq perspektiv kimi görünsə də, bu addım prezidentin öz uşaqlarını həbsxanadan, özünü isə gələcək mühakimədən qorumaq üçün yeganə seçimi ola bilər. Professor bildirib ki, Rusiyanın ABŞ seçkisinə müdaxiləsindən yaranmış qalmaqaldan ən yaxşı çıxış yolu prezidentin istefası olacaq.

Professor Bobbitt ABŞ-ın keçmiş prezidenti Lindon Consonun qardaşı oğludur və mötəbər konstitusiya nəzəriyyəçilərindən biridir. O, Nikson, Corc Buş və Trampı çıxmaq şərtilə bütün Amerika prezidentlərinin xüsusi müşaviri olub. Onun Princton, Yel və Oksford universitetlərindən dərəcələri var. Tramp barədə yazdığı məqalədə professor Bobbitt qeyd edir ki, əgər prezident öz istefası ilə yox, impiçmentlə vəzifəsini itirərsə, bu onun rüşvət almasına görə yox, rüşvət təklif etməsinə görə olacaq. Bobbit  xatırladır ki, Tramp FTB-nin eks –direktoru Ceyms Komidən loyallıq və Rusiya təhqiqatının dayandırılmasını istəmişdi. Bunun müqabilində ona vəzifəsində qalmağı təklif edirdi. Lakin Komi onun bu istəyinə cavab verməyəndə onu vəzifəsindən azad etmişdi. Professor hesab edir ki, bu da rüşvət təklifi kimi qiymətləndirilə bilər.

O yazır ki, buna bənzər ittihamla impiçment olunmuş Riçard Nikson da üzləşmişdi. O da məhkəmədən daha yaxşı nəticə əldə etmək üçün hakimə vəzifə yüksəlişi təklif etmişdi. (BBC)