Rusiya Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sərkisyanın ilin sonuna kimi keçirilməsi nəzərdə tutulan görüşünün əsas təşkilatçısı olacaq.
Bu barədə "İzvestiya" qəzetinə Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
"Moskva bu məsələdə əsas vasitəçi olacaq. Belə ki,ATƏT-in Minsk qrupunun digər üzvləri – ABŞ və Fransanın Bakı və İrəvanı danışıqlar üçün bir araya gətirmək cəhdləri uğursuzluqla nəticələnib", – deyə məlumatda bildirilir.
Mənbə qeyd edib ki, Fransa Azərbaycan və Ermənistan liderlərini danışıqlar masası arxasına dəvət edib, lakin nəticəsi olmayıb: "Bununla belə, dialoqun davam etdirilməsi prinsipial əhəmiyyət daşıyır. Məhz bu baxımdan regionda irimiqyaslı müharibə baş verməyib. Lakin tərəflərin məqsədi və baxışları hələ də fərqli olaraq qalır", – deyə nəşr mənbəyə istinadən yazır.