XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2017 - 13:07

Prezidentin köməkçisi:“Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır”

“Azərbaycan xarici siyasətində Rusiyanın maraqlarını nəzərə alır, Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi rəsmi Bakının planlarına daxildir”.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov bildirib: “Azərbaycan xarici siyasətində strateji tərəfdaşlarının, o cümlədən Rusiyanın maraqlarını nəzərə alır. Rusiya yüz illiklərlə əlaqəmiz, yüksək səviyyədə əməkdaşlığımız olan dövlətdir. Bizim planlarımıza Rusiya ilə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi daxildir".

Bununla yanaşı prezidentin köməkçisi qeyd edib ki, RF Ali Məhkəməsi tərəfindən Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi və Rusiya XİN-in Bakıya qarşı bir sıra sərt bəyanatları Azərbaycanda anlaşılmayıb.