XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 07:56

Keçmiş deputat: “Siyasətlə yollarımı çoxdan ayırmışam”
Keçmiş deputat Asya Manafova bu il keçiriləcək parlament seçkiləri ili fikirlərini bölüşüb.
“Hərənin öz yanaşma tərzi var. Ona görə də məni düz başa düşün. Kimsə yenidən deputat olmaq istəyirsə, bu, onun öz işidir. Axırıncı dəfə deputatlığa namizədliyimi vermək üçün təklif də olmuşdu. Sadəcə olaraq, o zaman diplomat olmaq istədiyimi bildirdim. Builki parlament seçkilərinə qatılmaq fikrim qətiyyən yoxdur. 20 il deputat olmuşam. Məncə, kifayətdir”.
“20 illik aktiv fəaliyyətdən özünüzü kənar tutmağınız sizi darıxdırmır” sualını Asya Manafova belə cavablandırıb:
“Darıxmağa vaxtım yoxdur. Kifayət qədər işlərim var. ö üzərimdə çalışıram, illərlə yığdığım kitabları oxuyuram. Amma siyasi prosesləri izləmirəm və siyasətə qarışmıram. Siyasətlə yollarımı çoxdan ayırmışam”.
Qeyd edək ki, Asya Manafova Milli Məclisin 1-ci və 2-ci çağırış deputatı olub. Eyni zamanda, keçmiş nazir Əli Nağıyevlə birgə Azərbaycanın Belarusdakı səfirliyində çalışıb.
Modern.az