XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2017 - 15:03

Aqil Abbasdan benzinlə bağlı yazdığı statusuna reaksiya:“O adamlar gedib Mirzə Cəlili oxusunlar”

 

Milli Məclisin deputatı Aqil Abbasın benzinin qiymətinin bahalaşmasına münasibət bildirməsi birmənalı qarşılanmayıb. Bu dəfə də deputtaın açıqlamasını düzgün anlamayanlar sosial şəbəkələrdə Aqil Abbası “söz atəşi”nə tutublar. Hətta bəziləri əndazəni aşaraq, deputatı kobud sözlərlə təhqir etməkdən belə, çəkinməyib.

Xatırladaq ki, Aqil Abbas məsələyə münasibət bildirərkən deyib:

“Benzinin qiymətinin qalxmasını böyük sevinclə qarşıladım. Millətimizi təbrik edirəm. Bu xoşbəxtliyi bizə yaşatdığına görə müvafiq qurumlara da təşəkkürümü çatdırıram. Azərbaycanda benzinin qiyməti 2 manat olmalıdır. Dünyanın digər ölkələri ilə müqayisədə Azərbaycanda benzinin qiyməti çox ucuzdur. Azərbaycan xalqı bütün günü bayram edir. Benzinin qiyməti 3-4 manat olsa belə, bu, xalqın yaşayışına mənfi təsir göstərməz. Vətəndaşlara da məsləhətim odur ki, 15 iyul tarixini xüsusi gün kimi qeyd eləsinlər. Bir də ona sevinirəm ki, benzinin qiymətinin qalxması ilə `Neftçi` də çempionluğunu qeyd edər”.

Məsələyə yenidən qayıtmaq istəməyən Aqil Abbas onu söyüb-təhqir edənlərər də cavab vermək niyyətinin olmadığını bildirib. Deputat Modern.az-a açıqlamasında artıq danışmaq istəmədiyini deyib.

“Benzinin qiymətinin qalxması haqqında o gün münasibət bildirmişəm. Mənim bu fikirlərim cəmiyyətdə necə qarşılanır, qarşılansın. Sadəcə bunu əlavə etmək istəyirəm ki, o adamlar gedib Mirzə Cəlili oxusunlar. Onda mənim nə demək istədiyimi başa düşəcəklər”.