XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2017 - 21:55

Fransa XİN-in dövlət katibi ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi təyin olunub –Myatoviçi əvəz edib +FOTO

ATƏT-in KİV azadlığı üzrə yeni nümayəndəsi Fransalı diplomat Harlem Dezir olacaq.

O, bu vəzifədə Dünya Miyatoviçi əvəz edəcək. Bu barədə Turan AFP-yə istinadla məlumat yayır. Dezirin namizədliyi ATƏT-in hazırki sədri, Avstriyanın XİN rəhbəri Sebastian Kurts tərəfindən təsdiq edilib. İyulun 18-də Dezirin rəsmi təyinatı həyata keçiriləcək.

Avropa Jurnalistlər Federasiyası (EFJ) bu təyinatı və Dezirin "ATƏT prinsiplərində və öhdəliklərində təsbit edilmiş əsas azadlıqların, xüsusən fikri ifadə azadlığının və kütləvi informasiya vasitələri azadlığının həyata keçirilməsinə fəal şəkildə yardım edəcəyi" haqqında bəyanatını alqışlayıb.

"Son onillik ərzində jurnalistlər əvvəlki kimi sözlü və fiziki hədələrin və hücumların qurbanı olublar, onların bəziləri işgəncələrə məruz qalıb və çoxları peşə fəaliyyətinə görə təqiblərə məruz qalıb, bir neçə nəfət işini həyata keçirərkən həlak olub", – deyə Dezir bildirib.

Bu təyinatdan əvvəl Dezir Fransa XİN-in Avropa məsələləri üzrə dövlət katibi vəzifəsində işləyirdi.