XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyul 2017 - 14:47

Harri Kasparov:“Tramp Amerika dövlətini ailə biznesi kimi yönəltməyə cəhd edir” – Təhlil

Harri Kasparov

The Weekly Standard (ABŞ, 18.07.2017

 

Donald Trampla Vladimir Putin arasında iyulun 7-də Hamburqda “Böyük iyirmilik” sammitində baş tutmuş görüşdə normal heç nə yox idi. Bu dostcasına söhbət üçün seçilmiş vaxtın özü Putinə Kremlə tabe kütləvi informasiya vasitələrinin sevinə-sevinə tirajladığı piar-qələbə gətirib. Rusiya diktatorunu təkcə təcrid etməyib və Ukraynaya müdaxilə, Bəşər əl-Əsədin Suriyadakı soyqırımına yardım və ABŞ-da prezident seçkiləruinə müdaxiləyə görə basqıya məruz qoymayıblar. Hətta Amerika prezidentinin özü bildirib ki, Rusiya lıideri ilə görüş onun üçün şərəfdir.

Güman etmirəm ki, bundan sonrakı düşməncəsinə fəaliyyəti həyata keçirmk üçün Putinə bu cür dəstək və təqdir gərəkdir. Trampı bu gün Rusiya ilə bağlı hər şeydə danlamaq mümkündür, lakin yuxarıda sadalanan bütün cinayətlər prezident Obamanın vaxtında həyata keçirilib. Putinin qabağını heç nə ala bilməz. Amma Obamanın qırmızı xətlərinin yerinə Trampın qanlı xalça cığırı gələrkən dünya düzəninə Rusiya təhlükəsi yalnız güclənib.

Hazırda bütün KİV-lər 2016-cı il kampaniyasının gedişində Tramp komandası ilə Kreml arasında aşkar əlbirlik haqda başlıqlarla bərq vurur. Amma Tramp bu günədək informasiyaları Rusiya ilə bölüşürsə, nə olacaq? Bizə məlumdur ki, Putin ABŞ-ın müttəfiqi deyil. Lakin onun Birləşmiş Ştatların müttəfiqi olub-olmadığını bilmirik. Prezidentliyə namizəd kimi Rusiya kəşfiyyatı ilə əlbirliyə girmək, sonra isə bu haqda yalan danışmaq – ola bilsin, bunda qanunsuz heç nə yoxdur. Amma konstitusiyanı müdafiə etmək, qorumaq və saxlamaq andı içəndən sonra da bu cür hərəkət edirsənsə, bu, artıq tamam başqa məsələdir.

Pis əlamət budur ki, dövlət katibi Reks Tillerson Trampla Putinin görüşünə qatılmış yeganə yüksəkçinli amerikalı olub. O, ehtiyat göstərib və Putinin 2013-cü ildə şəxsən təqdim etdiyi “Dostluq” ordenini taxmayıb; lakin Tillersonu Trampın bu rusa sirli sevgisi yolunda maneə saymaq olmaz.

Tillerson vəzifədə olduğu altı ay müddətində zorla gözə dəyib. О, Dövlət Departamentindəki mühüm ixtisarlar və Trampın kürəkəni Cared Kuşnerin önəmli diplomatik vəzifələri öz üzərinə götürdüyü ilə  razılaşıb. O, Klinton və Con Kerridənsə yaltaqlığı və səriştəsizliyi üzündən dövlət katibi kimi daha pis çıxıb.

Və Trampın bu cür görüşlərdə nələr danışacağını kim bilir? O, mayda Oval kabinetdə Rusiya xarici işlər naziri Sergey Lavrovla məxfi informasiyanı bölüşüb və guya başa düşməyib ki, ABŞ-ın geopolitik düşməni ilə boşboğazlıq etmək nə dərəcədə təhlükəlidir. Tvitterdə hər gün Trampın tam ehtiyatsızlıq və emosiyaları cilovlamaq bacarıqsızlığını müşahidə etmək olar, buna görə də tamamilə gözləmək mümkündür ki, xarici rəhbərlərdə təəssürat yaratmaq üçün onlarla şəxsi söhbətlərdə də eynilə bu cür keyfiyyətləri sərgiləyə bilər.

Putin və Trampın görüş vaxtı nəyi müzakirə etdikləri haqda bizə ancaq Tillerson və Lavrov məlumat verib, bunlar isə eyni dərəcədə etibarsızdır. Kreml cavabları elə şəkildə dürüst ifadə edir ki, şəxsən Trampa yarınsın və eyni zamanda inkişaf və əməkdaşlıq haqda gülünc iddia ilə çıxış edir. Trampın özü də cəhalətlə yalanın çulğaşdığı etibarsız hekayətçidir. Nə vaxt seçmək, bu cür şəraitdə hansı tərəfə inamaqda ən yaxşısı bundan çıxış etməkdir ki, nə onlara, nə də başqalarına inamaq olmaz.

Tramp Amerika dövlətini ailə biznesi kimi yönəltməyə cəhd edir. Qızı İvanka “Böyük iyirmilik” sammitində qısa müddətdə prezident kreslosunu tutub, oğlu isə geniş və yetərincə aydın olmayan səalhiyyətlərə malikdir – bununla belə, rəsmən heç kimin qarşısında hesabat vermir.

Bu cür durum bağlı qapılar arxasında üzüyola və ipə-sapa tez yatan adamlarla iş görməyə üstünlük verən Putin üçün idealdır. Şübhə yoxdur ki, Trampa bunu məhz o deyib və bildirib ki, bu dünyanın böyüklərinin qanunvericilər, jurnalistlər və hakimlər kimi xırda adamcığazlar, həmçinin Ukrayna kimi önəmsiz ölkə haqda narahat olmağına dəyməz.

Ailəbazlıq ən yaxşı halda qeyri-effektiv və mənəviyyatsızlıqdır. Həm də unikal şəkildə təhlükəlidir. Durum nəzarətdən çıxarkən və məsələn, prezident oğlu seçkiqabağı kampaniyanın gedişində düşmən xarici dövlətlə əlbirlik etirafı edirsə, prezident öz ailəsini qorumaq naminə nəyi istəsən, qurban verər.

 

Tərcümə Strateq.az-ındır.