ABŞ-ın Azərbaycandakı Səfirliyi – başsağlığı verdi

ABŞ-ın Azərbaycandakı Səfirliyi “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş vermiş güclü yanğınla əlaqədar həyatını itirən neftçilərin ailələrinə başsağlığı verib.
Strateq.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, məlumatda deyilir:
“Biz ARDNŞ-nin Xəzər dənizindəki neft platformasında baş vermiş ölümcül yanğın hadisəsi barəsində aldığımız məlumatın kədərini yaşayırıq. Hadisənin təsirinə məruz qalmış işçilərə və onların ailələrinə başsağlığı və səbr diləyirik”.