XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 13:21

Azərbaycan, Türkiyə və Türkmənistan gələcək əməkdaşlıq üzrəyol xəritəsi hazırlayacaqlar

Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirləri 2017-2020-ci illərdə üç ölkənin gələcək əməkdaşlığı üzrə yol xəritəsi hazırlamaq barədə razılığa gəliblər.

Trend-in məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə brifinqdə deyib.

Nazir səmərəli və maraqlı danışıqların aparıldığını qeyd edib: "Üç ölkə bir çox regional layihələr həyata keçirir və biz bu layihələrin icrasının gedişini müzakirə etdik".