XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 13:43

Ankara Minsk qrupunu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındafəallığı artırmağa çağırıb

Türkiyə Minsk qrupunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasıda fəallığı artırmağa çağırıb.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərlərinin üçtərəfli görüşünün yekunu üzrə keçirilən brifinqdə deyib.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir.

M.Çavuşoğlu bir daha vurğulayıb ki, Türkiyə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində iyulun 4-də törətdiyi təxribatı qınayır.