XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 13:28

Avropa Məhkəməsi müxalifətçi fəallarla bağlı qərarını açıqlayıb –İsa Qəmbərin oğlu 10 min avro təzminat alacaq

Avropa Məhkəməsi bir qrup müxalifət fəalı ilə bağlı qərarını açıqlayıb.

Strateq.az bildirir ki, bu barədə vəkil Əsabəli Mustafayev məlumat yayıb. Onun müdafiə etdiyi 4 ərizəçinin işi üzrə bu gün qərarlar elan olunub. Bu qərarlarla ərizəçilərin qanunsuz həbs olunması, onların ədalətli araşdırma və sərbəst toplaşma hüquqlarının pozuntusu tanınıb.

Ərizəçilər aşağıdakılardır:
1.Qəmbər Turqut -(iki iş), mənəvi zərərə görə 10000 avro+maddi zərərə görə 2860 avro (bir işdə 3000 manat cərimə olunmuşdur) 
2.Babayev Dəyanət -(iki iş)10000 avro
3. Həsənov Ülvü -10000 avro
4. Mirzəyev Şahin -8000 avro
Bu işlər üçün ümumilikdə hüquqi yardıma görə 2450 avro təşkil edir.
Vəkil qeyd edib ki, bu gün eyni zamanda həbsdə olan İlkin Rüstəmzadənin işi üzrə qərar elan olunub. Mənəvi zərərə görə 6000 avro, hüquqi yardıma görə 2000 avro müəyyən olunub.