XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 15:51

Səudiyyə Krallığının keçmiş varisi taxt-tacdan niyə məhrum edilib? –Saray çevrilişində narkotika iddiası

Çərşənbə axşamı (20 iyun) Səudiyyə Ərəbistanında son 20 ilin güclü fiquru olan və taxta bir nömrəli varis hesab edilən Məhəmməd bin Nayef kral Salman bin Əbdüləziz tərəfindən Məkkədə kral sarayının 4-cü mərtəbəsinə dəvət edilir və artıq bundan sonra vəliəhdin varisi olmadığı bəyan edilir. Kral Salman bin Əbdüləziz Nayefi çıxararaq yerinə oğlu Məhəmməd bin Salmanı təyin edir. Kralın ani qərarının arxasındakı səbəblər isə hələ də gündəmini saxlayır.

Reuters yazır ki, buna səbəb Nayefin narkotikdən istifadə etməsi olub. Lakin Nayefin narkotik asılılığının doğru olub-olmaması dəqiqləşdirilməyib. Kralın Nayefə görüşdə deyib ki, narkotikdən istifadə etməyi buraxsın, çünki Nayefin verdiyi qərarlara təsir edirmiş. Səudiyyə Ərəbistanı rəsmisi Reuters-in bu xəbərinin doğru olmadığını qeyd edib. O, bunun uydurma Hollivud fantaziyası olduğunu qeyd edib.

Səudiyyə rəsmisi bəyan edib ki, Nayefin vəzifələrindən azad edilməsi milli maraqlar naminə edilib. Səbəbləri isə konfidensialdır. Lakin digər tərəfdən bildirilir ki, Kral sevimli oğlunu taxta çıxartmaq üçün Məhəmməd bin Nayefin narkotikdən istifadəsini bəhanə gətirib. Ərəb rəsmiləri və diplomatları dediyinə görə, Nayef kralın bu qərarından təəccüblənib. “Bu Məhəmməd bin Nayef üçün böyük şok olub” – Səudiyyəli siyasətçi qeyd edib. O, yerinə  32 yaşlı Məhəmmd bin Salmanın gətiriləcəyini gözləmirmiş.  Məhəmməd bin Salmanı isə Neyefin yerinə keçər-keçməz çətin tapşırıqlar qarşıladı: Neftin qiymətləri düşdü, Yəmən konflikt, İranla düşmənçilik və Qətərlə olan diplomatik böhran…

Nayefin alışqanlığına gəlincə saraya yaxın rəsmilər bunu doğrulayıb. Deyilənə görə, Nayefin bədənində çıxarıla bilməyən  qəlpə var və onun ağrısını azaltmaq üçün Nayef daima morfidən istifadə edir. Hətta son illər onun İsveçrədə müalicə aldığı bildirilir. Xəbərin rəsmi təsdiqi yoxdur. Hazırda Məhəmməd bin Nayef ev həbsindədir. Onu yalnız yaxın ailə üzvləri ziyarət edə bilər. Telefonlara cavab verməsi yasaqdır. Keçən həftə ona müşayətçilərin nəzarəti altında anasını ziyarət etmək icazəsi verilib. Məlumata görə, o, ailəsini London və yaxud İsveçrəyə aparmaq istəyir. Lakin kral buna icazə verməyib.

Ağ Ev və FTB Səudiyyə Ərəbistanın gedən hakimiyyət dəyişikliyinə şərh verməkdən imtina ediblər. Lakin Ağ Evin Məhəmməd bin Salmanın kralın varisi elan edəcəyindən xəbərdar olduğu bildirilir: "Salmanın hakimiyyətə gəlməsi bir sıra Səudiyyə və qərb rəsmilərinin gözlədiyi xəbər idi, lakin bu qədər tez gözləmirdilər"  -deyə Reuters yazır.

“ABŞ Saudiyyə Ərəbistanın daxili işlərinə qarışmır. Bizim şahzadə Məhəmməd bin Nayef və Məhəmməd bin Salmana böyük hörmətimiz var. Səudiyyə Ərəbistanı ilə çox yaxın əlaqələrimiz var ” – Ağ Ev bildirib.

Saray çevrilişinin son mərhələsi artıq Məhəmməd bin Salmanın kral ediləcəyi olacaq. Sentyabr ayında Kral Salmanın taxtdan çəkilib, oğlu Məhəmməd bin Salmanın  kral elan edəcəyi gözlənilir.