XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 16:17

Əfqan Muxtarıya görə Gürcüstan DİN-in iki yüksək çinli məmuru istefaya göndərildi –AÇIQLAMA

Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi  ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyinin iki yüksək rütbəli əməkdaşı istefaya göndərilib.

Strateq.az bildirir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili bu gün keçirdiyi birifinqdə bəyan edib.

Nazir deyib ki, istintaq bitənə qədər sərhəd polisinin rəhbəri və Dövlət Təhlükəsizlik Xidmətinin əks-kəşfiyat departamentinin başçısı öz vəzifələrini tərk edib.

“Biz öz əməkdaşlarımızın günahsız olmasına əminik. Bu addım isə məsələ ətrafında əsassız müzakirələrin qarşısını almaq üçün atılmış mühüm addımdır”-deyə nazir bildirib.