XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 10:59

Eldar Namazovdan səhhəti ilə bağlı açıqlama gəldi
Bir müddət olar ki, müalicə alıram. İşlərim gərgin olduğundan səhhətimin vaxtaşırı müayinəyə və istirahətə ehtiyacı var”.
Strateq.az xəbər verir ki, bunu modern.az saytına açıqlamasında El Hərəkatının sədri, politoloq Eldar Namazov deyib.
Onun sözlərinə görə, ölkədə və dünyada baş verənlərdən xəbərdar olsa da, mətbuata hər hansı məsələ ilə bağlı açıqlama vermək fikri yoxdur:
“Səhhətimdə elə ciddi problem yoxdur. Müalicənin bir qismini burda, digər bir qismini isə xaricdə davam etdirirəm. Sağ olsun mətbuatda olan yaxşı dostlar. Bütün bunları nəzərə alıb susqunluğuma hörmətlə yanaşırlar və mənə heç bir sualla müraciət etmirlər. Bilirəm ki, bu il parlament seçkiləri ilidir. Amma bu barədə heç bir fikir söyləmək istəmirəm. Zamanı gələndə mətbuatda açıqlamalarım olacaq”.
Qeyd edək ki, Eldar Namazov uzun müddətdir siyasi proseslərdə iştirak etmir. Bu il seçki ili olsa da, Eldar Namazov bu barədə mətbuata heç bir açıqlama verməyib.