XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

24 İyul 2017 - 15:35

Emin Ağalarov:"Tramp barədə heç bir sual eşitmək istəmirəm”

BBC Yurmalaya konsert üçün gəlmiş və oğul Donald Trampın rusiyalı hüquqşünas Natalya Veselnitskaya ilə görüşündə əsas fiqurlardan sayılan müğənni Emin Ağalarov  ABŞ-ın hazırkı prezidentinin oğluna prezidentliyə namizəd Hillari Klintonla bağlı məlumatların verilməli olduğu güman edilən görüş barədə bir neçə sual verməyə müvəffəq olub.

"Tramp barədə heç bir sual eşitmək istəmirəm. Mən bura müğənni kimi gəlmişəm. Mənim bu axşamkı şou-konsertimə gəlin", – deyə “Crocus Group” Rusiya şirkətinin sahibinin oğlu Emin Ağalarov oğul Donald Trampa görüş zamanı məhz hansı informasiya verməyə cəhd edildiyi ilə bağlı sualın cavabında bildirib.

Emin Ağalarov həmçinin oğul Tramp tərəfindən açıqlanan yazışmaların da həqiqi olmadığını söyləyən vəkilinin sözlərinə də şərh verməyib. Emin Ağalarov hüquqşünasın özünə müraciət etməyi tövsiyyə edib. Müğənni Rusiyanın ABŞ seçkilərinə mümkün müdaxiləsi barədə suallara da cavab verməyib.

Oğul Donald Trampın Twitterdə paylaşdığı yazışmalara görə, Emin Ağalarov Tramp ailəsi ilə Hillari Klintonla bağlı məlumatları hazırkı ABŞ prezidentinin seçkiqabağı komandasına təqdim edəcək Rusiya tərəfi ilə əlaqənin təşəbbüskarı ola bilərdi. Tramp ailəsi Ağalarovlar ailəsi ilə Moskvada keçirilən "Dünya Gözəli-2013" müsabiqəsindən tanışdırlar. Bu tanışlığa görə oğul Trump-ın Ağalarovun təklifi ilə maraqlanacağı iddia olunub.

Yazışmalara əsasən, Ağalarovların Hillari Klintonla bağlı məlumatları ola bilərdi. Lakin görüş zamanı bu məlumatların müzakirə edilmədiyini iddia olunub.