İran Prezidenti Administrasiyası Azərbaycan prezidenti İlham Əliyevi ölkənin ikinci dəfə prezidenti seçilmiş Həsən Ruhaninin inauqurasiya mərasiminə dəvət edib.
Bu barədə “İnterfaks-Azərbaycan” agrntliyinə İranın Bakıdakı səfirliyindən məlumat verilib: «Biz Azərbaycan Xarici İşlər Nazirliyinə rəsmi dəvət göndərmişik. Azərbaycan prezident Ruhaninin inauqurasiya mərasimində yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq», – deyə məlumatda bildirilir.
Qeyd edək ki, H.Ruhaninin inauqurasiyası avqustun 5-də baş tutacaq.