XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2015 - 12:10

Vəzifəli şəxslərə daha bir ağır cəza tələb edən qanun… – Milli Məclisdə yeni layihə

“İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan dəyişikliyə görə, balıqçılıq su obyektlərində istismar edilən su təsərrüfatı obyektlərinin balıqqoruyucu qurğularla təchiz edilməməsinə görə fiziki şəxslərin 1000 manat, vəzifəli şəxslərin 3000, hüquqi şəxslərin 15 000 manat miqdarında cərimələnməsi nəzərdə tutulur.

Bu haqda Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin bugünkü iclasında məlumat verilib.  

Komitə sədri Əli Hüseynli bildirib ki, məcəlləyə edilən digər dəyişikliyə görə, kino və videofilmlərin dövlət reyestrində qeydiyyata alınmadan Azərbaycan ərazisində yayımına və kütləvi nümayiş etdirilməsinə görə, 2000 manat miqdarında cərimə ediləcəklər.

İnzibati Xətalar Məcəlləsinə nəzərdə tutulan digər dəyişikliyə görə, gəmi agenti xidmətlərinin göstərilməsi üçün sertifikat olmadan dəniz limanlarında gəmi agenti xidmətlərinin göstərilməsinə görə fiziki şəxslərin 200, hüquqi şəxslərin isə 500 manat cərimələnməsi nəzərdə tutulur.  

Digər dəyişikliyə görə, dəniz limanları reyestrinin aparılması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 100 manat cərimələnəcəklər. Dəniz limanının Gəmi və liman vasitələrinin mühafizəsi haqqında beynəlxalq məcəllədə nəzərdə tutulan sənədlər olmadan fəaliyyət göstərməsinə görə isə hüquqi şəxslər 1000 manat cərimə olunacaqlar.

Dəyişiklik layihəsi müzakirədən sonra Milli Məclisin iclasına tövsiyə olunub.