XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 13:36

Gənc alimin daha bir kitabı çapdan çıxdı –"Xarici siyasət sistemi və beynəlxalq münasibətlər sistemi"ndə nələr var?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, gənc alim Elşən Nəsibovun daha bir kitabı çapdan çıxıb.

Strateq.az xəbər verir ki, Elşən Nəsibovun yeni kitabı "Xarici siyasət sistemi və beynəlxalq münasibətlər sistemi" adlanır.

Kitabda sistem, xüsusən də ictimai sistem anlayışı predmetin başlanğıcı kimi qeyd olunur, sistem və onu təşkil edən tərkib struktur elementləri arasında vəhdət prinsipləri izah edilir. 

Kitabda həmçini xarici siyasət və beynəlxalq münasibətlər anlayışlarının oxşar və fərqli məzmunu da izah olunur, xarici siyasət sistemi ilə beynəlxalq münasibətlər sistemi anlayışlarının tərkib elementləri və elementlər arasında şərtləndirici əsaslar təhlil edilir, xarici siyasət sistemi müstəvisindən beynəlxalq münasibətlər sisteminin müstəvisinin formalaşmasının əsasları göstərilir. O cümlədən xarici siyasəti şərtləndirən və xarici siyasətdə cəmləşmiş vasitələr kimi istifadə olunan tərkib elementlərin əsasları şərh olunur, dövlətin xarici siyasəti vasitəsi ilə öz maraqlarını təmin edən alətlər sistemi göstərilir, xarici siyasətdə icraçı subyektlər və onların funksiyasının yönəldiyi, tətyinat aldığı obyektlər sistemli şəkildə təhlil edilir. 

Kitabda xarici siyasət sistemi və beynəlxalq münasibətlər sistemi anlayışları təhlilin obyektinə çevrilir, tərkib hissələr xassələndirilir, sintez olunur, analizlər edilir və nəticələr çıxarılır. Nəticə etibarilə sistemin  nəzəri konsepsiyaları formalaşdırılır və konseptual məzmun üzrə çıxarılır.

Əsərdə diplomatiya və beynəlxalq təşkilatlar sisteminin analizinə də yer ayrılır.

Kitab xarici siyasət və beynəlxalq münasibətlər sahəsində təhsil alan tələbə və magistrlər, eləcə də elmi əməkdaşlar üçün nəzərdə tutulur. Xarici əlaqələr sahəsində çalışan mütəxəssislər üçün də tövsiyə olunur.