XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 09:50

Sərdar Cəlaloğlundan Abbas Abbasova sərt mesaj:“Azərbaycanda Rusiyanın bir modeli var, bir nəfərə prezidentlik vəd edir”

 “Azərbaycanda Rusiyanın bir modeli var. Bir nəfərə prezidentlik vəd edir. Deyir ki, səni prezident edəcəm, get hökumətin üzərinə. Həmin adam da hökumətin üzərinə gedir. Hökuməti ya yıxır, ya yıxmır. Rusiya ortada öz marağını təmin edir. Bundan sonra isə həmin adam tarixin küllüyünə atılır.

Strateq.az bildirir ki, bu sözləri ADP sədri Sərdar Cəlaloğlu baş nazirin sabiq birinci müavini Abbas Abbasovun Moskvanın dəstəyi ilə 2018-ci il prezident seçkilərinə qoşulacağı barədə səslənən proqnozları “Yeni Müsavat”- a şərh edərkən deyib.

ADP sədrinin sözlərinə görə, Kreml rəsmi Bakıya təzyiq göstərmək üçün bəzi şəxslərə prezidentlik vəd edərək onları hökumətin üzərinə qaldırır, daha sonra isə taleyin ümidinə buraxır.

Abbasov Abbasovu bu dəfə irəli verəcəklərsə, onun cəmiyyət və müxalifət tərəfindən müdafiə olunması gözlənilən deyil. Çünki Abbas Abbasovun bir keçmiş məmur və Moskvaya bağlı fiqur kimi reputasiyası müxalifətdən dəstək əldə etməyə cavab vermir”.