XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

28 İyul 2017 - 11:39

Son 10 il ərzində İsrail naziri ilk dəfə Yerevana gəlib –Təl-Əviv Ermənistana nə təklif edir?

İsrailin regional əməkdaşlıq naziri Tsaxi Haneqbi Ermənistana 3 günlük səfərə gəlib. Səfər Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın dəvəti əsasında baş tutub.

Ermənistan mətbuatının verdiyi xəbərə görə, Haneqbi son 10 ildə İrəvanı rəsmi şəkildə ziyarət edən ilk israilli nazirdir. Haneqbi özü 2003-2006-cı illərdə Ariel Şaron kabinetində xüsusi xidmət orqanlarının faəliyyətini kurasiya edən nazir olub. Bundan başqa, 2006-2010-cu illərdə o, İsrail parlamenti Knessetin təhlükəsizlik və beynəxalq münasibətlər komissiyasının sədri olub.

Haneqbi Nalbandyandan sonra Ermənistanın informasiya texnologiyaları naziri Vahan Martirosyanla da görüşüb və onunla kiber təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib. Lakin erməni jurnalistlərini işin rəsmi tərəfindən daha çox siyasi yönləri maraqlandırıb.

“Azadlıq” radiosunun Ermənistan bürosunun (“Radio Azatutyun”) müxbiri İsrail nazirinə son səfərin in iki ölkə araında hərbi əməkdaşlıq məsələsi ilə bağlı olub-olmadığı barədə sual verib. Tsaxi Haneqbi cavabında ölkəsinin regional əməkdaşlıq naziri olduğunu və fəaliyyətini hərbi və təhlükəsizlik sahələri əhatə etmədiyini söyləyib. O səfərinin əsas məqsədinin kənd təsərrüfatı, su ehtiyatları problemi, nəqliyyat və kommunikasiyalar kimi sahələrlə əlaqədar olduğunu bildirib.

Nazir İsrailin Azərbaycanla hərbi əməkdaşlıqla bağlı verilən suallardan ustalıqla yayınıb: “Məni bu cür həssas məsələlərdən kənarda tutun. Buraya sadəcə İsrail və Ermənistan arasında münasibətlərin pozitiv aspektlərini müzakirə etməyə gəlmişəm”.

Lakin Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan tamam başqa sözlər işlədib: “İsrail Azərbaycanın ən böyük silah tədarükçülərindən sayılır. Lakin bu dövlət Ermənistana da silah satmağa hazırdır. Əgər bu, baş tutarsa onların verdiyi qiymət təklifi və digər faktorlardan asılı olacaq”.

“İsrailin mövqeyi olduqca sadə və ümumi şəkildə ifadə olunb. Onlar hamıya, o cümlədən bizə də silah satmağa hazırdırlar. Hərbi əməkdaşlıq sahəsində biz KTMT formatında hərəkət etsək də, bizim NATO ilə həyata keçirdiyimiz bir sıra proqramlar var”, – erməni nazir deyib.

Şavarş Köçəryan İsrail –Ermənistan münasibətlərində problemlərin qaldığını da etriaf edib. O, bir-birindən aralı düşən iki dövlətin yaxınlaşması və dialoq aparılması üçün addımlar atıldığını qeyd edib.

Sonda onu da qeyd edək ki, erməni lobbisinin zəif də olsa İsrail parlamentində dəstəyi mövcuddur. İsrailin solçu “Merets” partiyasının lideri Zahava Galyon Ermənistanın aktiv müdafiəçisidir. Bu qadın dəfələrlə İsrailin Azərbaycan silah satmasına qarşı çıxıb və qondarma “erməni soyqırımı”nın parlamentdə tanınması üçün məsələ qaldırıb.