XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 July 2017 - 14:12

Rus imperatoru II Nikolayın nadir səsyazısı –Fransızca səlis danışan və əsgərlərə “qardaşlar” deyə xitab edən çar + VİDEO

İnternetdə Rusiyanın sonuncu imperatoru II Nikolayın nadir səsyazısı yayılıb.

Strateq. az bildirir ki, mühafizə edilmiş bu  səs yazıları 20-ci əsrin əvvəllərində vala yazılıb. Təqdim etdiyimiz ilk səsyazısı çar II Nikolayın 1901-ci ildə Fransaya rəsmi səfəri dövrünə düşür.   Bu səsyazısında ilk olaraq tədbiri aparan şəxs çıxış edir və söz demək üçün çar II Nikolayı dəvət edir. Parisdə fransız dilində çıxış edən imperator isti qarşılanmaya görə təşəkkür edir. Nikolayın çıxışı 0.14-cü saniyədən başlayır və 1.07-ci dəqiqədə bitir.

İmperatorun fransız dilində səlis danışması diqqəti çəkir.

İkinci səsyazısı 1910-cu ildə Peterburqda çarın doğum günü ilə bağlı keçirilmiş hərbi parad zamanı yazılıb. Burada imperator parada görə əsgərlərə təşəkkür edir. Nikolay əsgərlərə “qardaşlar” deyə xitab edir.

Çar II Nikolay Rusiyada baş vermiş 1917-ci ilin fevral burjua inqilabı nəticəsində devrilib. 1918-ci ilin iyul ayında Yekaterinburq bolşevik təşkilatının qərarı ilə çar Nikolay və ailəsi vəhşicəsinə güllələnib. Onun həyat yoldaşı, 3 qızı və 9 yaşlı xəstə oğlu öldürülüb.

Bu qətl Rusiya siyasi tarixində ən çox müzakirə olunan və birmənalı qarşılanmayan hadisə sayılır.

X. SƏFƏROĞLU