XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 13:43

Müsavat Partiyası Fuad Qəhrəmanlının müdafiəsinə qalxdı – Bəyanat

Müsavat Partiyası AXCP sədrinin müavini Fuad Qəhrəmanlının həbs edilməsini pisləyən bəyanat yayıb. 

Partiyadan verilən məlumata görə, bəyanatda Fuad Qəhrəmanlının həbsinin ifadə azadlığına qarşı Azərbaycan hakimiyyətinin dözümsüzlüyünün nümunəsi və ölkədə davam edən geniş miqyaslı repressiyaların davamı kimi qiymətləndirilərək, qəti şəkildə pislənilib:

“Hakimiyyətdən fərqli düşünənlərə qarşı siyasi repressiya tədbirlərinə son qoyulmasını, Azərbaycan xalqı və beynəlxalq birlik qarşısında götürdüyü öhdəliklərə əməl olunmasını, Fuad Qəhrəmanlı və digər siyasi məhbusların həbsdən azad olunmasını tələb edirik”.

Xatırladaq ki, Fuad Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1- (Dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarıyla 3 aylıq həbs qətimkan tədbiri seçilib. O, rəsmi olaraq sosial şəbəkələrdə yazdığı fikirlərinə görə cinayət məsuliyyətinə cəlb edilib.