XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 18:29

MSK katibliyinin strukturu yenidən təsdiq edilib -İCLAS

MSK.jpg

Aprelin 7-də Məzahir Pənahovun sədrliyi ilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

“Strateq.az “ın məlumatına görə, MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Komissiyanın 2015-ci il fevralın 12-də keçirilmiş iclasının protokolu təsdiq edilib.

Sonra MSK Katibliyi strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsinə dair məsələ müzakirə olunub. Komissiya Azərbaycan Respublikası Seçki Məcəlləsinin və “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 2014-cü il 30 sentyabr tarixli Azərbaycan Respublikası Qanununu rəhbər tutaraq MSK Katibliyinin strukturunun və ştat vahidlərinin yenidən təsdiq edilməsini qərara alıb.

MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilib.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdikləri iclasda cari məsələlərə də baxılıb.

X. Səfərli