XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2015 - 05:42

ABŞ Dövlət Departamentindən Leyla Yunusun azad edilməsinə reaksiya: “Alqışlayırıq!”
leylayunus.jpg
 
“Bakı Apellyasiya Məhkəməsinin hüquq müdafiəçisi Leyla Yunusun humanitar əsaslarla azadlığa buraxılması qərarını alqışlayırıq”.
 
apa.az-ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
 
Bildirilir ki, Dövlət Departamenti noyabr ayında onun həyat yoldaşı Arif Yunusun da azad edilməsini müsbət addım kimi dəyərləndirir və bu kimi addımların daha çox olacağını gözləyir:
 
“Biz Azərbaycan hökuməti və xalqı ilə əməkdaşlıq çərçivəsində əlaqələrimizin bütün sahələrinin, o cümlədən enerji, təhlükəsizlik, demokratiya və insan haqları  sahələrinin inkişaf etdirilməsi üçün imkanlar axtaracağıq”.