XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 11:57

Emin Ağalarov:“Prezident Donald Trampı Bakıda gözləyirəm...”

Ötən bazar günü Bakıda 4 günlük “Jara” musiqi festivalı yekunlaşıb. Festivalda Rusiya şou-biznesinin bir çox ulduzları iştirak ediblər.

Festivalın təşkilatçılarından biri, məşhur azərbaycanlı iş adamı və müğənni Emin Ağalarov bu möhtəşəm tədbirin yekunları barədə "Komsomolskaya pravda"ya danışıb.

“Mən çox istərdim ki, bu festivalın hüdudları olmasın. Burada post-sovet və Rusiya şou-biznesinin nümayəndələri toplaşıb. Azərbaycan tamamilə neytral, dünyəvi, müstəqil dövlətdir. 70-ci illərdə burada caz festivalları keçirilirdi. Nəyə görə də bu ölkədə iri musiqi tədbirlərinin təşkili ənənələrini bərpa etməyək? “Jara” dəbdə olan, gənclərə yönəlmiş, eyni zamanda ənənələri nəzərə alan tədbirdir”-Emin Ağalarov bildirib.

Biznesmen bildirib ki, o, festivalın təşkil olunmasında pul əsirgəməyib, heç vaxt qoyduğu pulları geri qazanmaq barədə düşünməyib. “Festival mənim özəl ərazimdə-“Sea Breeze” developer layihəmdə keçirilir. Burada mən otel kompleksi və apartamentlər tikməyi planlaşdırıram, prinsipcə festival elə mənim qəsəbəmin reklam platformasıdır. Festival gəlir gətirmir, yəqin daha bir neçə il də belə olacaq. Bununla belə hesab edirəm ki, festival mənim paralel layihələrimə qoyulan investisiyadır. Digər tərəfdən mənə çox xoşdur ki, xərclənən puldan asılı olmayaraq bütün artistləri burada qonaq edirəm. Mən onları praktiki olaraq hər il qonaq çağırıram. Və bu, əsl dostluqdur”-iş adamı deyib.

Emin Ağalarov bildirib ki, festivala bütün tanışlarını və dostlarını, o cümlədən ABŞ prezidenti Donald Trampı, Robert de Nironu, Cennifer Lopesi də dəvət etməyi planlaşdırır. “Mən onları öz festivalımda gözləyirəm. Həyatımda qarşılaşdım istənilən adam mənim festivalımın arzuolunan qonağıdır”-Emin Ağalarov bildirib. (Virtualaz.org)