Daha bir AXCP fəalı həbs olundu
Aprelin 7-də AXCP fəalı Ruslan Nəsirli həbs edilib.
AXCP-dən “Amerikanın Səsi”nə bildiriblər ki, Nəsirli İnzibati Xətalar Məcəlləsinin 310-cu maddəsi (Polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama) ilə günahlandırılaraq, Yasamal Rayon Məhkəməsinin qərarı ilə 20 sutka azadlıqdan məhrum edilib.
Xatırladaq ki, son bir sutkada 3 AXCP üzvü eyni itthamla həbs edilib.