XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 19:46

Azərbaycanın qoşulduğu Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirləri Budapeştdə görüşəcək

Şərq Tərəfdaşlığı və Vışeqrad Qrupu ölkələrinin xarici işlər nazirləri Budapeştdə keçiriləcək növbəti görüşdə infrastrukturun inkişafı, enerji və nəqliyyat sahəsində əməkdaşlıq, eləcə də təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

Trend-in məlumatına görə, nazirlərin bu formatda növbəti görüşü sentyabrın ortalarında Budapeştdə keçiriləcək. Qeyd edək ki, Macarıstan iyulun 1-dən "Vışeqrad qrupu"nun sədridir.

Nazirlərin görüşündə həmçinin Aİ-"Şərq tərəfdaşlığı" sammitinə hazırlıq müzakirə ediləcək. Nazirlərin sonuncu görüşü aprel ayında Varşavada baş tutub.

Vışeqrad Qrupuna 4 ölkə – Macarıstan, Çexiya, Polşa və Slovakiya daxildir. Şərq Tərəfdaşlığı ölkələri isə Azərbaycan, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynadır.