XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 August 2017 - 15:38

“ABŞ-a getməyə pulum yoxdur, hazırda Gürcüstanda müalicə olunuram” –Deputat

Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə müalicə olunmaq üçün xaricə gedib.

A.Əlizadə “Ölkə.Az”-a açıqlamasında hazırda Gürcüstanda müalicə olunduğunu bildirib. 

Deputat bəzi həmkarlarından fərqli olaraq Gürcüstana istirahət üçün deyil, müalicə olunmaq üçün getdiyini söyləyib: "Bəziləri deyirdi ki, Araz Əlizadə istirahət etmək üçün ABŞ-a gedib və sairə. Mənim ABŞ-da istirahət etməyə pulum yoxdur. Sadəcə olaraq, ötən dəfə ABŞ-a dəvət edildiyim bir konfransa getmişdim. Səfərin bütün xərclərini təşkilatçı ödəmişdi. Hazırda isə Gürcüstanda müalicə olunuram".