XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 17:26

Deputat Asim Mollazadə:“Rusiyanın  ölkəmizə qarşı hansısa siyasi planı yoxdur”

“Vaxtilə Azərbaycanın baş naziri olmuş qiyamçı Sürət Hüseynovun sosial şəbəkələrdə aktivləşməsi özünü göstərmək niyyətindən qaynaqlanır və özfəaliyyətdir”.

Bu sözləri ANV.AZ-a danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə hazırda Rusiyada yaşayan qiyamçı Sürət Hüseynovun sosial şəbəkələrdə aktivləşməsinin “Rusiyanın işi” olmasına dair iddialara münasibət bildirərkən belə deyib.

Onun sözlərinmə görə, Sürət Hüseynovun heç bir siyasi perspektivi yoxdur: “Hazırda Azərbaycanla Rusiya arasında münasibətlər normaldır. Düşünmürəm ki, Rusiya ölkəmizə qarşı hansısa siyasi plan hazırlayır. Belə bir plan yoxdur. Bu olmadığına görə, nə Sürət Hüseynov, nə də digərləri bu planda yer almır. Bu sadəcə özfəaliyyətdir”.