XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 07:21

“Gənclərimizi düz yoldan azdırmağa çalışan qüvvələr var” – Prezident Administrasiyası şöbə müdirinin müavini

“Bu gün veteranlarımız müharibə şəraitində olan Azərbaycanda hərbi vətənpərvərlik tərbiyəsinin güclənməsi, gənclərimizin milli ruhda tərbiyəsi işinə öz töhfələrini davam etdirməli, zəngin təcrübələrini gənc nəslə ötürməlidirlər. çünki bu gün cəbhə bölgəsində yüksək əhval-ruhiyyə ilə yaşamaq və yaratmaq, ordumuza dəstək olmaq üçün cəmiyyətimizin, o cümlədən gənclərin məqsədyönlü fəaliyyətinə böyük ehtiyac var”.

salamnews.az xəbər verir ki, bu fikirləri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının V plenum iclasında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib.

PA rəsmisi bildirib ki, bu sahədə veteranlar öz sözlərini deməli, gənc nəsillə güclü iş aparmalı, ordu ilə gənclər arasında əlaqələrin güclənməsində öz səylərini əsirgəməməlidirlər:

Bu gün dünyada müxtəlif dinlərin təmsilçiləri arasında ixtilafların baş verdiyini, radikal dini cərəyanların meydana çıxdığını diqqətə çatdıran Prezident Administrasiyasının rəsmisi bildirib ki, bunu Azərbaycan cəmiyyətinə də sirayət etdirməyə, gənclərimizi düz yoldan azdırmağa çalışan qüvvələr var:

“Odur ki, bütün cəmiyyətimiz, onun müxtəlif təbəqələri, xüsusən veteranlar öz təcrübələrindən istifadə edərək, gənclərə təsir imkanlarını qoruyub saxlamalı, onları düzgün yola istiqamətləndirmək üçün yorulmadan fəaliyyət göstərməlidirlər. Gənclərin milli ruhda böyüməsinə, ağsaqqal sözünü eşitməsinə, dini görüşlərinin formalaşmasına nail olmağa çalışmalıdırlar. Bu sahədə müharibə və əmək veteranlarının, zabitlərimizin fəaliyyəti üçün geniş imkanlar var və bundan səmərəli istifadə etmək lazımdır”.