XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 08:11

YAP rəhbərliyi Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

heyder mezar.jpg

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar Fəxri xiyabanda mərhum prezidentin  məzarını ziyarət edib.

Ziyarətdə Azərbaycan Prezidentinin İctimai-siyasi Məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, YAP İdarə Heyətinin üzvü  Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, baş nazirin müavini, YAP sədrinin müavini Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətini başçısı, YAP İdarə Heyətinin üzvü Hacıbala Abıtalıbov, YAP icra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzov, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, deputatlar, YAP İdarə Heyətinin, Siyasi Şurasının üzvləri, Bakının bəzi rayonlarının icra hakimiyyətinin başçıları və digər şəxslər iştirak ediblər.

YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət edərək, gül dəstələri qoyublar.