XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 18:39

İranın yeni prezidenti ilk dəfə tənqid olunmadı –Amma 3 tövsiyə ilə "yükləndi" - Reportaj

Əli Haşimi

“Al-Monitor”

 

İslam Respublikasında demək olar ki, bütün ali səviyyəli rəsmilərinin gözləri önündə Ayətullah Əli Xamnei 19 May seçkilərinin nəticələrini təsdiqləyib və prezident Həsən Ruhaninin ikinci prezidentlik dönəminin başlamasına xeyir-dua verib.

Milli himnin ifasından sonra Xamnei, Ruhani səbir və diqqətlə Qurani-Kərim ayələrinin oxunmasını dinləyiblər.

Otuz ildə ilk dəfə tədbir mərhum eks-prezident Əli Əkbər Haşimi Rəfsəncanisiz baş tutub.

Ruhani artıq 2013-cü ildə seçilmiş prezidenti xatırlatmır. İndi tədbirə həm yoldaşları, həm də rəqibləri – sələfi Mahmud Əhmədinejaddan tutmuş mühafizəkar prezidentliyə namizəd İbrahim Rəisiyə qədər hamı qatılıb. Onlar prezident və ali dini liderin aylar sonra ən yaxşı qarşılaşmasının şahidi olublar.

Həqiqətən, ilk dəfə Xamnei Ruhanini tənqid etmədən qarşılayıb. Bəlkə də Ruhaninin ikinci dönəmi yeni bir fəslin başlanğıcı ola bilər. Amma hər halda, Xamnei rəsmilərə inqilabçı qüvvələrə hörmət etməyə çağırıb, çünki “hücum olduğu təqdirdə ölkəni məhz onlar müdafiə edəcəklər”.

Tədbirin əvvəlində daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli seçkilər haqqında hesabatı təqdim edib, ali liderin qərargah rəhbəri Məhəmməd Məhəmmədi Gülpayeqani isə təbrik oxuyub.

Xamnei təsdiq şəhadətnaməsini Ruhaniyə təqdim etdikdən sonra prezident müxtəlif yönlü mesajlar verib. Dövlət başçısının çıxışının əsas qayəsini müxtəlif – məlumat əldə etmək hüququ, qanun qarşısında bərabərlik hüququ, şəxsiyyətə hörmət hüququ və fərqli fikirlərə malik olma hüququ təşkil edib.

İran prezidenti "Azadlıq, müstəqillik, demokratiya, təhlükəsizlik və sosial ədalət İslam İnqilabının böyük nailiyyətlərindəndir, – deyib. – Dini demokratiyanın digər üstünlüyü ondan ibarətdir ki, biz 80 milyon cəmiyyətimizdə müxtəlif siyasi, iqtisadi və mədəni fikirlərə malik olduğumuzu qəbul etmişik və nəticədə insanların arzu etdiyi yolları seçməsini məqbul bilirik ".

Ruhani, administrasiyasının nüvə razılaşmasını qəbul etməsini və dünyaya açıq olduğunu müdafiə edib. "İran İslam Respublikası müstəqilliyi üçün böyük ödənc verib və bunu davam etdirməsinə baxmayaraq, düşmənləri tərəfindən qoyulan hər hansı bir şərti qəbul etməyəcəkdir."

O, rəqibləri də daxil olmaqla, hər kəsə administrasiyası ilə əməkdaşlıq təklif edib.

Bu çıxış, təbii ki, ali lideri üçün sürpriz kimi görünməyib. Xamnei öz çıxışında dünyaya açılmanın vacibliyini vurğulayıb, ancaq rəqiblər qarşısında əyilməni rədd edib.

"Düşmənlərin İran xalqını təcrid etməyə çalışmasına baxmayaraq, İran xalqı təcrid olunmayıb və dünya ilə əməkdaşlıq edir. Eyni zamanda, bu, hegemon güclərə ciddi xəbərdarlıqdır, – Xamnei bildirib. – Beynəlxalq münasibətlərdəki qırx illik təcrübə göstərir ki, təcavüzkar qüvvələrə təslim olmanın ziyanı onların verəcəyi mənfəətdən daha çoxdur".

Sonra ali rəhbər yeni hökumətə məsləhətlər verib: "Üç əsas istiqaməti təklif edirəm: birincisi, insanların problemlərini həll etmək. Önümüzdəki dörd il ərzində məqbul bir nöqtəyə çatmaq üçün lazım olan ilk şey budur”.

Xameneyinin ikinci tövsiyəsi dünya ilə qarşılıqlı əlaqəyə aid olub. "Biz digər xalqlara və hökumətlərə yardım etməliyik”.

Üçüncü təklif hegemon güclərlə bağlı olub: “Bu gün ən dəhşətli və təcavüzkar güc Birləşmiş Ştatlardır".

Xamneinin təsdiq şəhadətnaməsi əsasən, Ruhani yeni dövr üçün İran prezidentidir. Avqustun 5-də o, parlamentin açıq iclasından əvvəl, bir sıra dövlət başçıları, habelə Avropa Birliyinin xarici siyasət başçısı Federika Moqerini də a daxil olmaqla, bir sıra beynəlxalq nümayəndə heyətləri qarşısında and içəcək.

 

Tərcümə: Strateq.az