XƏBƏR LENTİ

06 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 18:04

Oqtay Əsədov İran prezidentininandiçməsində iştirak edib

Tehranda parlament binasında İran prezidenti Həsən Ruhaninin inauqurasiyası keçirilib.

Trend-in məlumatına görə, rəsmi mərasimdə H.Ruhani parlament üzvləri, siyasətçilər və xarici qonaqlar qarşısında and içib. Bu gün eyni zamanda, İran prezidentinin yeni hökumətin tərkibini təqdim edəcəyi də gözlənilir.

H.Ruhaninin inauqurasiyasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, eləcə də Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti də iştirak edib.

Qeyd edək ki, H.Ruhani may ayında İranda keçirilən prezident seçkilərində növbəti dəfə qalib gəlib.