Dekabrın 8-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparılaraq, barəsində cinayət işi qaldırılan və 3 aylıq həbs-qətimkan tədbiri seçilən AXCP sədrinin müavini Fuad Qəhrəmanlının haqqındakı qərarın dəyişidirilməsi tələbiylə verilən şikayətə dekabrın 14-də saat 15:00-da baxılacaq.
İşə Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrlik etdiyi hakimlər heyəti baxacaq.
Bu haqda mediaya məlumatı Fuad Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev verib.