XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 06:08

Prokuror olmaq istəyənlərə xəbər: Sənəd qəbulu davam edir

prokurpor.jpg

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq uçun namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar prokurorluğa qulluğa qəbul olunmaq arzusunda olan namizədlərin sənədlərinin qəbulu davam etdirilir.

Prokurorluq orqanlarında işləməyi arzu edən və qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən gənc hüquqşünaslar Baş Prokurorluğa müraciət edərək zəruri sənədləri təqdim etməklə müsabiqədə iştirak edə bilərlər.

“Strateq.az” bildirir ki , Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə sənədlər aprelin 24-dək qəbul olunacaq. Sənəd qəbulu başa çatdıqdan sonra test imtahanının tarixi, imtahan suallarının hazırlanmasında istifadə edilmiş normativ hüquqi aktların siyahısı və qulluğa qəbulla əlaqədar digər məsələlər barədə kütləvi informasiya vasitələrində, Baş Prokurorluğun internet səhifəsində (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə məlumat veriləcək.